Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutub

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, aprelin 11-də saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərindəki mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfin təxribatlarına adekvat cavab tədbirləri görülüb.

Dostuna göndər xəbərdən agah olsun: