Yeni Britaniya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib

Yeni Britaniya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində güclü zəlzələ baş verib. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Məlumata əsasən, 6,2 maqnitudalı zəlzələnin episentri adanın Kokopo şəhərindən 115 km şərqdə, ocağı isə 73 km dərinlikdə qeydə alınıb. Qeyd edək ki, Kokopo şəhərində təxminən 26 min nəfər yaşayır.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hər hansı məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Dostuna göndər xəbərdən agah olsun: