Erməniəsilli 15 şəxsə qarşı hərbi cinayətlər işi üzrə məhkəmə prosesi davam edir

Agah.az xəbər verir ki, Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri və sülh əleyhinə əməllər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Məhkəmə Kompleksində, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Məhkəmənin əvvəlki iclasında təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarını cavablandırıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər – Harutyunyan Arayik, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Manukyan David, Babayan Davit, Mnatsakanyan Levon, Beglaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit, Stepanyan Qurgen, Balayan Levon, Babayan Madat, Martirosyan Qarik və Paşayan Melikset — Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı ağır maddələri ilə ittiham olunurlar. Bu ittihamlar sırasında:
-
100-cü maddə – təcavüzkar müharibənin aparılması
-
103-cü maddə – soyqırımı
-
105, 107, 109, 110-cu maddələr – əhalini məhvetmə, deportasiya, təqib və zorakılıqla yoxa çıxarma
-
113, 115, 116-cı maddələr – işgəncə və müharibə qanunlarının pozulması
-
214, 214-1-ci maddələr – terrorçuluq və onun maliyyələşdirilməsi
-
218, 228-ci maddələr – cinayətkar birlik və qanunsuz silah saxlanılması
-
Digər bir sıra cinayət əməlləri yer alır.
Onların Ermənistan Respublikası və onun işğalçı siyasətini həyata keçirən qanunsuz “Dağlıq Qarabağ respublikası” və həmin qurumun silahlı birləşmələri tərəfindən həyata keçirilən təcavüzkar müharibə, soyqırımı, mülki əhaliyə qarşı zorakılıq, mülki infrastrukturun dağıdılması kimi cinayətlərdə iştirak etdiyi bildirilir.
Proses davam edir.