Rezidenturaya qəbul üzrə ərizə qəbulu başladı – Şərtlər və tarixlər açıqlandı

Rezidenturaya qəbul üzrə ərizə qəbulu başladı – Şərtlər və tarixlər açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul imtahanlarına ərizə qəbuluna start verib.

Məlumata əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdində iştirak etmək istəyənlər aprelin 11-dən 18-dək https://www.e-gov.az/az/services/read/3148/2 linki vasitəsilə elektron ərizəni doldurub təsdiqləməlidirlər. Əvvəlcə ekabinet.dim.gov.az ünvanında şəxsi kabinet yaradılmalı və hesabına 60 AZN ödəniş əlavə olunmalıdır.

İmtahanın I mərhələsi 2025-ci il mayın 4-də keçiriləcək. Bu mərhələdə 40 və daha çox bal toplayanlar yalnız II mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. II mərhələyə qeydiyyat isə 22-30 iyul 2025-ci il tarixlərində aparılacaq və iştirak üçün 100 AZN ödəniş tələb olunur.

Qeyd olunur ki:

  • Əsas (baza ali) tibb təhsilinin III kursunu bitirən tələbələr də I mərhələdə iştirak edə bilərlər.

  • İmtahanda iştirak etmək istəyən xarici ölkələrdə təhsil alanlar müvafiq sənədlərlə SQK-da qeydiyyatdan keçməlidirlər.

  • Baza mərhələsində “məqbul” nəticə 5 il qüvvədə qalır.

  • İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Təfərrüatlar və tövsiyələr “Rezidentura” jurnalının 2-ci sayında əks olunub. Jurnalı http://eservices.dim.gov.az/ejurnal linkindən əldə etmək mümkündür.

Dostuna göndər xəbərdən agah olsun: