Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu

Agah.az xəbər verir ki, Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi vəzifəsinə təyin edilib. Bu barədə müvafiq əmr imzalanıb.
Yeni təyinatla o, bu vəzifədə Yeganə Əliyevanı əvəz edib.
Qeyd edək ki, Emin Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin müdiri vəzifəsində çalışıb.