Bank kartlarından 24 min manatdan çox pul oğurlandı – DİN-dən xəbərdarlıq

Bank kartlarından 24 min manatdan çox pul oğurlandı – DİN-dən xəbərdarlıq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşların bank kartlarından kiber üsullarla oğurluq hallarının davam etdiyini açıqlayıb. Məlumata görə, aprelin 10-da ayrı-ayrı şəxslərin bank hesablarından ümumilikdə 24 864 manat pul oğurlanıb.

Nazirlikdən bildirilib ki, kibercinayətkarlar tərəfindən aşağıdakı məbləğlər ələ keçirilib:
15 650, 2 000, 1 400, 1 020, 1 000, 999, 995, 680, 470, 400, 150 və 100 manat.

DİN vətəndaşlara xəbərdarlıq edir:

Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodları, loqin və şifrələr, kartın PİN kodu – bunlar məxfi məlumatlardırheç bir halda üçüncü şəxslərə verilməməlidir. Əks halda, hesabınızdakı vəsaitlər itirilə bilər və hətta kredit borcu yaranaraq sizə maddi zərər dəyə bilər.

Nazirlik vətəndaşlara cəlbedici qazanc, sığorta, bank hesablarının yenilənməsi və ya ödənişlərlə bağlı şübhəli zənglərə qarşı diqqətli olmağı tövsiyə edir və şəxsi məlumatların heç kimlə paylaşılmamasını vacib sayır.

Dostuna göndər xəbərdən agah olsun: