Siyəzəndə təmir səbəbilə elektrik enerjisində fasilə olacaq

Siyəzəndə təmir səbəbilə elektrik enerjisində fasilə olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, aprelin 11-də Siyəzən rayonunda aparılacaq profilaktik təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə məlumatı “Azərişıq” ASC yayıb.

Bildirilib ki, Siyəzən Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35/6 kV-luq “Siyəzən” yarımstansiyasında həyata keçiriləcək təmir səbəbindən saat 10:00-dan 12:00-dək bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu müddət ərzində Siyəzən şəhərinin bir hissəsi, həmçinin Böyük Həmyə, Kiçik Həmyə və Ağbaş kəndlərində enerji təchizatında məhdudiyyət olacaq.

Qurumdan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra bu ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.

Dostuna göndər xəbərdən agah olsun: