Yasamalda qaz təchizatı qəza səbəbindən dayandırılıb

Agah.az xəbər verir ki, Bakının Yasamal rayonunda qaz xəttinin zədələnməsi nəticəsində bir sıra ərazilərdə qaz təchizatında təcili fasilə yaranıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, hadisə Qanlı Göl ətrafında baş verib. Zədələnmiş qaz xəttinin təmiri məqsədilə aprelin 10-da saat 10:25-dən etibarən qazın verilişi dayandırılıb.
Təmir-bərpa işləri davam edir. Nəticədə Yeni Yasamal yaşayış massivi, 2-ci Alatava qəsəbəsinin bir hissəsi və MİDA yaşayış kompleksi qazsız qalıb. Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.