Zabratda içməli suyun verilməsində fasilə olacaq

Agah.az xəbər verir ki, aprelin 11-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, qəsəbəni su ilə təmin edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan axşam saatlarınadək içməli suyun verilməsi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.