Hesablama Palatasının illik əməliyyat planı 90 %-dən çox icra olunub

Agah.az məlumat verir ki, Hesablama Palatasının 2024-cü il üzrə Əməliyyat Planının icrası 90 %-dən çox təşkil edib.
Bu barədə qurumun “Dövlət auditi” rüblük bülleteninin “Aktual problemlər” rubrikasında məlumat yer alıb. Bildirilib ki, Strateji Plan üzrə monitorinq çərçivəsində də icra göstəriciləri 80 %-dən yuxarı olub. Bu nəticələr strateji idarəetmə prosesində davamlılıq və səmərəliliyin təmin olunduğunu göstərir.
Palatanın strateji plan üzrə hesabatlılıq təcrübəsi beynəlxalq səviyyədə də müsbət qiymətləndirilib. Xüsusilə, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən bu təcrübə yüksək dəyərləndirilib və digər ölkələrin ali audit orqanlarına nümunə kimi tövsiyə olunub.