Kəngərlidə elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq

Agah.az xəbər verir ki, aprelin 10-da Kəngərli rayonunda elektrik enerjisinin verilişi dayandırılacaq.
Buna səbəb 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında ölçü transformatorlarının yoxlanılması ilə bağlı aparılacaq texniki işlərdir. Bu məqsədlə sabah saat 10:30-dan 13:00-dək rayonda elektrik enerjisinin verilişində fasilələr olacaq.