Pilotsuz uçuş aparatları üçün yeni dövlət rüsumları tətbiq olunacaq

Pilotsuz uçuş aparatları üçün yeni dövlət rüsumları tətbiq olunacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycanda mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsi təklif olunur. Bu barədə “Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişiklik layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, aşağıdakı xidmətlərə görə dövlət rüsumu nəzərdə tutulur:

  • Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi – 15 manat

  • Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi – 15 manat

  • Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi – 10 manat

  • Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi – 10 manat

  • Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi – 10 manat

  • Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi – 10 manat

Qeyd edək ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Dostuna göndər xəbərdən agah olsun: