Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin edilib

Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin edilib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub.

Anar Eminov 1992–1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Təhsilini Türkiyədə davam etdirən Eminov 2003–2004-cü illərdə Egey Universitetində, 2004–2006-cı illərdə isə Doqquz Eylül Universitetində magistr dərəcəsi alıb.

2006–2010-cu illərdə Qərb Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Eyni zamanda, 2006–2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunda elektron ticarət ixtisası üzrə distant təhsil alıb. 2012-ci ildə dünya iqtisadiyyatı ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, 2016-cı ildə isə dosent elmi adı verilib.

O, 2015–2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını tamamlayıb. 2023-cü ildə Azərbaycan Texniki Universitetində Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra isə Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

Anar Eminov sosial sahələrə yönəlmiş investisiya layihələrinin effektivliyi üzrə tədqiqatlar aparır. O, 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Dostuna göndər xəbərdən agah olsun: