FHN-dən əhaliyə hava ilə bağlı TƏHLÜKƏ XƏBƏRDARLIĞI – “Qaydalara biganəlik həyatımıza təhlükədir!”

FHN-dən əhaliyə hava ilə bağlı TƏHLÜKƏ XƏBƏRDARLIĞI – “Qaydalara biganəlik həyatımıza təhlükədir!”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin məlumatında qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, aprelin 9-dan etibarən ölkə ərazisində hava şəraiti dəyişəcək, fasilələrlə yağış yağacaq, bəzi bölgələrdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi, dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşəkgüclü külək müşahidə olunacağı gözlənilir.

Bu səbəbdən FHN əhalini aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırır:

🔹 Sel təhlükəsindən qorunmaq üçün:

  • Sel təhlükəsi olan ərazilərdən uzaq durun;

  • Təhlükə anında ən yaxın yüksəkliyə qalxın.

🔹 Güclü küləyə qarşı:

  • Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən,

  • Reklam lövhələri, elektrik dirəkləri və naqillər, hündür ağaclardan uzaq durun;

  • Küləkli havada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin.

🔹 İldırımdan qorunmaq üçün:

  • Elektrik cihazlarını şəbəkədən ayırın;

  • Telefonla danışmayın;

  • Elektrik ötürücüləri, navalça, antenna və ağaclardan uzaq durun;

  • Avtomobildə olarkən hərəkəti dayandırın, şüşələri qaldırın və ildırım keçənə qədər gözləyin.

📞 Təhlükə zamanı 112-yə zəng edin!

🛑 Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Dostuna göndər xəbərdən agah olsun: