“Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçulara məxsus mağara tapılıb

“Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçulara məxsus mağara tapılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri “Pəncə-Kilit” əməliyyatı çərçivəsində terrorçulara məxsus daha bir mağaranı aşkar edib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” sosial media platformasında yayımladığı məlumata görə, aşkar edilən mağarada böyük miqdarda silah-sursat və müxtəlif məişət əşyaları aşkarlanaraq götürülüb.

Əldə edilən silah-sursat arasında bunlar yer alır:

  • 7 ədəd “AK-47” avtomatı və 34 daraq,

  • 1 ədəd 7,62 mm-lik “PKMS” pulemyotu,

  • 1 ədəd “M16” avtomatı,

  • 1 ədəd “RPG-7” raketatan,

  • 600 ədəd 7,62 mm-lik güllə, eləcə də müxtəlif digər ləvazimatlar.

Əməliyyat çərçivəsində bölgədə axtarış və təmizləmə tədbirləri davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: