Naxçıvanda aprel ayının pensiya ödənişləri yekunlaşıb

Agah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında aprel ayı üzrə pensiya ödənişləri tam şəkildə başa çatdırılıb.
Bu barədə məlumatı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu yayıb. Fond tərəfindən bütün pensiyaçıların aprel ayı üzrə ödənişləri həyata keçirilib və proses yekunlaşdırılıb.