İlin ilk rübündə qatarlara 11 dəfə daş atılıb – ADY-dən xəbərdarlıq

İlin ilk rübündə qatarlara 11 dəfə daş atılıb – ADY-dən xəbərdarlıq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2024-cü ilin ilk rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına ümumilikdə 11 dəfə daş atılıb. Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilib ki, hadisələr nəticəsində qatarların pəncərələri zədələnib, sərnişinlərin həyatı üçün təhlükə yaranıb. Bəzi hallarda qatarların təcili tormozlaması səbəbindən qrafik üzrə gecikmələr də qeydə alınıb.

Qatarlara zərər vuran şəxslər ölkə qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilir. Əgər bu cür hərəkəti azyaşlılar törədibsə, onların valideynləri müəyyən olunur və dəymiş ziyana görə cərimələnirlər.

“Azərbaycan Dəmir Yolları” əhalini dəmiryolu ətrafında təhlükəsizlik qaydalarına əməl etməyə çağırır, valideynləri isə övladlarını bu mövzuda maarifləndirməyə və belə qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir.

Dostuna göndər xəbərdən agah olsun: