AFFA üç klubu texniki məğlubiyyətlə cəzalandırdı

Agah.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında Region Liqası, U-11 və U-17 Qızlar Liqasında çıxış edən üç klub texniki məğlubiyyətlə cəzalandırılıb.
Region Liqasında keçirilən “Ərkivan” – “Qobustan” oyununda qonaq komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirakı səbəbindən “Ərkivan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-11 Liqasında keçirilən “Santos Baku” – “Antiguoko İnternational” qarşılaşmasının 48-ci dəqiqəsində qonaq komandanın heyətində meydana lisenziyası olmayan futbolçunun çıxması nəticəsində “Antiguoko İnternational” da 0:3 hesabı ilə texniki məğlub sayılıb.
U-17 Qızlar Liqasında “Zaqatala” komandası da “Şəfa” ilə oyunda heyətdə kifayət qədər futbolçu olmaması səbəbindən texniki məğlubiyyətlə üzləşib.