Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək

Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri təşkil olunacaq. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Aprelin 10-da saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda müxtəlif pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqisi, toxuculuq və kalliqrafiya sənəti nümayiş olunacaq. Həmçinin həmin günlər ərzində Qətərdən dəvət olunmuş musiqiçilərin iştirakı ilə açıq hava konsertləri keçiriləcək.

Eyni gündə Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin tanınmış incəsənət ustaları və bədii kollektivləri geniş konsert proqramı ilə çıxış edəcək.

Xatırladaq ki, 2024-cü ilin fevralında Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri təşkil olunmuş və böyük maraqla qarşılanmışdı. Qətər Mədəniyyəti Günləri isə sonuncu dəfə 2009-cu ilin iyun ayında Bakıda keçirilmişdi.

Azərbaycan və Qətər arasında diplomatik, mədəni və iqtisadi əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanaraq müxtəlif sahələrdə uğurla inkişaf edir.

Dostuna göndər xəbərdən agah olsun: