Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Agah.az xəbər verir ki, 2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 809,2 minə çatıb. Bu göstərici ilin əvvəlilə müqayisədə 0,3 % artım deməkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, yanvar-mart aylarında aktiv ƏDV ödəyicilərinin sayı 2,9 % artaraq 54,4 minə yüksəlib. Həmin dövrdə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,3 % artaraq 220,3 min olub.