Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 13% artıb

Agah.az xəbər verir ki,
Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 10,4 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat, yəni 13 % daha yüksəkdir.
Bundan əlavə, bu il ƏMDX dövlət büdcəsinə 46 milyon manat vəsait köçürməlidir. İlk üç ayda bu məbləğin 22,6%-i artıq təmin edilib.