Aprelin 10-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Agah.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu pensiyaları aprelin 10-da ödəyəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə bu ayın pensiyalarını ödəməyə başlayacaq. DSMF-nin yaydığı məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay əvvəlki qrafik üzrə veriləcək.