Yardımlıda 62 yaşlı kişi qayadan yıxılaraq ölüb

Agah.az xəbər verir ki, Yardımlı rayonunda kişi qayadan yıxılaraq həyatını itirib.
Yardımlı rayonunun Peştəsər kəndində baş verən hadisə zamanı 1963-cü il təvəllüdlü Ədalət Qasımov, mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb. Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal “Masallı Rayon Mərkəzi Xəstəxanası”na yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, 62 yaşlı kişi dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.