Daşkəsəndə çağırışa gedən həkim bıçaqlandı – Şübhəli şəxs saxlanılıb

Agah.az xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kəndində çağırışa gedən təcili tibbi yardım həkiminə hücum edilib. Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Aydın Abbaslı barmaq nahiyəsindən bıçaq xəsarəti alıb.
Həkimə ilkin tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilib.
Hücumda şübhəli bilinən, 1997-ci il təvəllüdlü Şahin Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o, Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Açar sözlər: daşkəsən həkimə hücum, çağırış həkimi bıçaqlandı, Xoşbulaqda hadisə, təcili yardım həkiminə xəsarət, Şahin Əliyev saxlanıldı, tibbi işçiyə zorakılıq, Daşkəsəndə bıçaqlanma.