Türkiyədə bayram tətillərində yol qəzasında 57 nəfər ölüb, 6 533 nəfər yaralanıb

Türkiyədə bayram tətillərində yol qəzasında 57 nəfər ölüb, 6 533 nəfər yaralanıb
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyədə bayram tətilinin altı günündə (martın 28-dən aprelin 4-dək) yol-nəqliyyat hadisələri nəticəsində 57 nəfər ölüb, 6 533 nəfər yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, aprelin 4-də bayram tətilindən geri dönüş başlayıb: “Bu gün yollarda sıxlıq yenidən artır. Ramazan Bayramı tətilinin 6-cı günü (aprelin 4-də) 542 yol qəzası baş verib. Təəssüf ki, 10 vətəndaşımız ölüb, 790 nəfəri isə yaralanıb”.

Dostuna göndər xəbərdən agah olsun: