Üzərində kərə yağı yazılsa da, içi bitki yağı imiş… – FOTO

Agah.az xəbər verir ki, Azərbaycanda bəzi kərə yağı məhsullarında uyğunsuzluq aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində, fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrdə bitki sterinləri və normativ sənədlə istifadəsinə icazə verilməyən qida əlavələrinin aşkarlanması məlum olub.
Aşkarlanan maddələr arasında Kampesterin, Stiqmasterin, Beta-sitosterin və qida əlavələri olan Sorbin və Benzoy turşuları yer alır. Bu, istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması ilə nəticələnib.
Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması qərarı qəbul edilib. Qida əlavələrinin həddindən artıq istehlakı allergik reaksiyalara səbəb ola bilər.
Açar sözlər: kərə yağı, bitki yağı, Qida Təhlükəsizliyi Agentliyi, ticarət şəbəkəsi, istehsalçı, qida əlavələri, allergiya, normativ sənəd, istehlakçı hüquqları.