Lökbatanda 100 kilo at əti aşkarlandı

Agah.az xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı 100 kilo mənşəyi məlum olmayan at əti aşkar edilib.
Fiziki şəxs İsmayılov Gülabba Ələkbər oğluna məxsus avtomobilin yük hissəsində daşınan ətlərin baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab vermədiyi məlum olub. Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində at DNT-si müəyyən edilib.
Ətlərin dövriyyədən çıxarılması təmin edilib, fiziki şəxs barəsində inzibati tədbir görülüb və araşdırmalar davam etdirilir.
Açar sözlər: Lökbatan, at əti, qida təhlükəsizliyi, baytarlıq ekspertizası, Qaradağ, reyd, laborator müayinə, İsmayılov Gülabba, ət dövriyyəsi, qanunsuz fəaliyyət.