Azərbaycan nefti kəskin ucuzlaşdı – Qiymətlər 6%-dən çox azaldı

Agah.az xəbər verir ki, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti kəskin enişlə üzləşib.
Son məlumata görə, “Azeri Light” neftinin bir barelinin qiyməti 4.89 ABŞ dolları və ya 6.24% azalaraq 73.48 ABŞ dollarına düşüb.
Xatırladaq ki, 2020-ci ilin aprelində “Azeri Light” markalı neftin qiyməti tarixi minimuma – 15.81 dollara qədər enmişdi. Ən yüksək göstərici isə 2008-ci ilin iyul ayında qeydə alınaraq 149.66 dollar olub.
Açar sözlər: Azərbaycan nefti, “Azeri Light” nefti, neftin ucuzlaşması, dünya bazarında neft qiymətləri, neft bazarı xəbərləri