İmişlidə 4 yaşlı uşaq su kanalına düşərək boğulub

Agah.az xəbər verir ki, İmişli rayonunda azyaşlının faciəvi şəkildə həyatını itirməsi ilə nəticələnən hadisə baş verib.
Məlumata görə, 4 yaşlı Hüseyn Sahib oğlu Həsənli dünən saat 12 radələrində Qaralar kəndi ərazisindən keçən su kanalına düşərək boğulub. Təəssüf ki, onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Açar sözlər: İmişlidə uşaq faciəsi, su kanalında boğulma, İmişlidə bədbəxt hadisə, azyaşlı boğuldu, İmişli xəbərləri