AFFA “Sabah” klubunu cərimələyib, “Neftçi” və “Araz-Naxçıvan”a da cəzalar tətbiq olunub

Agah.az xəbər verir ki, AFFA İntizam Komitəsi “Sabah” klubunu 4000 manat cərimələyib.
“Report”un məlumatına görə, bu cərimə məşqçi Aleksey Antonyukun “Neftçi”yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəbindən tətbiq edilib.
Bundan əlavə, “Sabah”ın baş məşqçisinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib.
“Neftçi”nin azarkeşləri isə pirotexniki vasitələrdən istifadə etdikləri üçün 1500 manat cərimələnib.
Ayrıca, “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib. Naxçıvan klubunun dörd oyunçusu “Qarabağ”ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alıb.