Rusiyanın Kareliya Respublikasında gəmiqayırma zavodunda qaz balonu partlayıb: 3 nəfər xəsarət alıb

Rusiyanın Kareliya Respublikasında gəmiqayırma zavodunda qaz balonu partlayıb: 3 nəfər xəsarət alıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Rusiyanın Kareliya Respublikasındakı “Oneqa” gəmiqayırma və gəmi təmiri zavodunda qaz balonunun partlaması nəticəsində yanğın baş verib.

Rusiya mətbuatına istinadən verilən məlumata görə, hadisə ilə bağlı respublikanın başçısı Artur Parfençikov məlumat yayıb. Yanğın zamanı 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır.

Yanğının sahəsi 1500 kvadratmetr təşkil edir. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və xilasedicilər kvadrokopterlərin köməyi ilə zavod ərazisini yoxlayırlar.

Dostuna göndər xəbərdən agah olsun: