İrandan Azərbaycana narkotik keçirilməsi cəhdi qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsi cəhdi qarşısı alındı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən yayılan məlumatda bildirilir ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsi cəhdi uğursuz olub. Bir nəfər saxlanılıb.

Açıqlamada deyilir ki, martın 18-də Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Fuad Əlimədət oğlu Vahidov, 6 kiloqram 670 qram marixuana ilə saxlanılıb. Eyni zamanda, martın 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində daha 10 kiloqram 600 qram marixuana aşkar edilərək xidməti ərazidən götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: