Bakıda və Abşeronda aprelin 4-də dəyişkən hava şəraiti gözlənilir

Bakıda və Abşeronda aprelin 4-də dəyişkən hava şəraiti gözlənilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz isə 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntıların olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntılar, dolu düşməsi və yüksək dağlıq ərazilərdə sulu qarın yağması ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılarda fasilə gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Dağlarda gecə 2-7° isti, gündüz isə 12-17° isti olacaq.

Dostuna göndər xəbərdən agah olsun: