AZAL 2025-ci ilin I rübündə 865 min sərnişin daşımışdır

AZAL 2025-ci ilin I rübündə 865 min sərnişin daşımışdır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2025-ci ilin I rübündə milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) 865 min sərnişin daşımışdır.

AZAL-dan verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artım nümayiş etdirib. Yanvar-mart aylarında şirkət uçuşların 89 %-ni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. Həmçinin, punktuallıq göstəricisi 1 %, reys sayı isə 4 % artmışdır. Mart ayında punktuallıq 93 %-ə çatıb.

Bu dövr ərzində sərnişin axınında ən yüksək göstərici 12 yanvarda qeydə alınıb və bu tarixdə 12 350 sərnişin daşınıb. Ötən ilin yanvar ayında isə ən yüksək sərnişin axını 11 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək və ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.

Dostuna göndər xəbərdən agah olsun: