Gəncədə bank kartlarından 16 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə bank kartlarından 16 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Gəncə şəhərində onlayn yolla 16 min manat oğurlamaqda şübhəli bilinən Bakı sakini saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində, müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 16 min 200 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 29 yaşlı Kənan Bayramzadə tutulub. O, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: