Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapılıb

Agah.az xəbər verir ki, Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.
Aprelin 2-də, Göyçay rayonunun “Əlvan dərəsi” adlanan ərazisində, üzərində xəsarətlər olan meyit aşkar edilib. Meyit Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fuad Firuddin oğlu Kərimova məxsusdur. Məlumatlara görə, mərhum bayram tətili ilə əlaqədar Bakıdan Göyçaya qonaq getmişdi. Lakin martın 30-dan sonra ondan heç bir xəbər alınmayıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalar davam edir.