Azərbaycanın qızıl ixracı 5,9 dəfə artıb

Azərbaycanın qızıl ixracı 5,9 dəfə artıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan 40,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayında bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 milyon ABŞ dolları və ya 5,9 dəfə artım göstərib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı da artıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracı 6,6% artaraq 485 milyon ABŞ dollarına çatıb.

Dostuna göndər xəbərdən agah olsun: