İlham Əliyev: “Tarixi Zəfərimiz sülh danışıqlarına yol açdı”

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın tarixi Zəfəri sülh danışıqlarına yol açmışdır və hazırda Azərbaycanla Ermənistanın sülhün əldə edilməsində mövqeləri kifayət qədər yaxınlaşmışdır.
Dövlət başçısı, Almaniya Prezidentinin Azərbaycana etdiyi səfərin çox müsbət nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.”