Almaniya Prezidenti: “Azərbaycan və Ermənistanı sülh sazişinin başa çatdırılması münasibətilə təbrik edirəm”

Almaniya Prezidenti: “Azərbaycan və Ermənistanı sülh sazişinin başa çatdırılması münasibətilə təbrik edirəm”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistanı sülh sazişi mətninin razılaşdırılmasının başa çatması münasibətilə təbrik edib.

Almaniya Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib: “Çox böyük bir addım atılıb. Hər iki tərəfi sülh sazişi mətninin razılaşdırılmasını başa çatdırmaları münasibətilə təbrik edirəm. Bu gün Prezident İlham Əliyevlə görüşdə sülh sazişinin tezliklə imzalanmasının şahidi ola biləcəyimizə ümidvar olduğumu qeyd etdim.”

F. Ştaynmayer, həmçinin, rəsmi Bakı və İrəvanı məqamı əldən verməməyə və sazişi mümkün qədər tez imzalamağa çağırıb. O, qeyd edib ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunacağına ümid edir və tərəfləri bütün çətinliklərə və çağırışlara baxmayaraq bu fürsəti qaçırmamağa çağırır.

Almaniya Prezidenti prosesi başa çatdırmaq üçün tərəflərin siyasi iradə nümayiş etdirməli olduqlarını vurğulayıb və “Əminəm ki, bu, baş verəcək” deyə əlavə edib.

Dostuna göndər xəbərdən agah olsun: