İlham Əliyev: “2030-cu ilə qədər bərpaolunan enerjinin istehsal gücünü 6 qiqavata çatdıracağıq”

İlham Əliyev: “2030-cu ilə qədər bərpaolunan enerjinin istehsal gücünü 6 qiqavata çatdıracağıq”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata verdiyi bəyanatında bərpaolunan enerji sahəsindəki əməkdaşlıqdan bəhs edib. Dövlət başçısı qeyd edib ki, bu sahədə Almaniya şirkətlərinin böyük təcrübəsi mövcuddur və Azərbaycanın da çox böyük proqram və planları var.

Prezident İlham Əliyev bildirib: “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək.”

Dostuna göndər xəbərdən agah olsun: