Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 886-ya çatdı

Agah.az xəbər verir ki, Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 886 nəfərə çatıb.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, zəlzələ nəticəsində 4 639 nəfər xəsarət alıb.
Qeyd edək ki, martın 28-də baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub.