Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi

Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Almaniya Prezidentinin sosial media hesabında qondarma rejimin bayrağının paylaşılması Azərbaycan tərəfinin ciddi etirazına səbəb olub. Hadisədən dərhal sonra iki ölkənin Prezident Administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar baş tutub. Almaniya tərəfi paylaşımın texniki səhv nəticəsində edildiyini etiraf edərək onu dərhal silib.

Almaniya Prezidenti Administrasiyasının rəhbəri Dörte Dingerin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanladığı məktubda baş verən hadisəyə görə üzrxahlıq ifadə edilib. Məktubda bildirilib ki, bu paylaşım Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyini dəyişmir.

Qeyd edək ki, Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığının möhkəmləndirilməsi və regionda davam edən sülh prosesinə dəstək məqsədi daşıyır.

“Almaniya Federativ Respublikasının

Prezidenti Administrasiyasının rəhbəri

Dövlət katibi Dörte Dinger

31 mart 2025-ci il

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə

Hörmətli Hikmət Hacıyev.

Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır.

Hörmətlə,

D.Dinger”.

Açar sözlər: Almaniya Prezidenti, Azərbaycan-Almaniya münasibətləri, qondarma rejim, diplomatik əlaqələr, Hikmət Hacıyev, Almaniya üzr istədi.

Dostuna göndər xəbərdən agah olsun: