Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatdı, 74 nəfər itkin düşüb

Agah.az xəbər verir ki, Tailandın paytaxtı Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb, 74 nəfər isə hələ də itkin sayılır. TASS-a istinadən verilən məlumata görə, hadisə Banqkokun şimalında yerləşən Çatuçak rayonunda, Baş Audit İdarəsinin binasının uçduğu ərazidə baş verib.
İtkin düşənlərin hamısı bu binanın tikintisində çalışanlardır. Son 24 saat ərzində xilasedicilər dağıntılar altından 2 nəfərin meyitini çıxarıblar. Beləliklə, bu obyektdə ümumilikdə 13 nəfər ölüb.
Tailand hökuməti təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş insanlara kömək etmək məqsədilə 200 milyon bat (təxminən 5,8 milyon ABŞ dolları) vəsait ayırıb.