Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir

Agah.az xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda bəzi bölgələrdə qərb küləyi əsir.
Küləyin sürəti Zaqatala və Daşkəsəndə 28 m/s, Balakəndə 25 m/s, Altıağacda 22 m/s, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20 m/s, Bərdədə 18 m/s, Culfa və Gədəbəydə 16 m/s, Şərurda 15 m/s, Şabranda isə 14 m/s təşkil edir.
Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24°C, Aran rayonlarında 26°C, Naxçıvan MR-da 25°C, dağlıq rayonlarda isə 14°C-ə qədər isti qeydə alınıb.