TƏBİB Sabirabadda Bayram Günlərində İki Döl və Bir Körpənin Tələf Olması ilə Bağlı Məlumat Yayıb

Agah.az xəbər verir ki, TƏBİB Sabirabadda bayram günlərində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, martın 23-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki Perinatal Mərkəzə 38-39 həftəlik hamilə qadın hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərildikdən sonra, bətnindən 3 min qram ölü döl xaric edilib.
Növbəti gün, martın 24-də isə 28-29 həftəlik hamilə qadın ağır vəziyyətdə, uşaqlıqda iki dəfə çapıq və ağır dərəcəli preeklampsiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qram çəkidə körpə dünyaya gəlib, lakin ekstremal azçəkili dölün reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Digər bir hadisə isə 39-40 həftəlik hamilə qadında baş verib. Onun bətnindən 3 min qram ölü döl çıxarılıb. Həkimlər həmin pasiyentə də zəruri tibbi yardım göstərərək vəziyyətini sabitləşdiriblər.
Hazırda hər üç hamilə qadının müalicəsi davam etdirilir və onların vəziyyətləri stabildir.