Bakıda Qadın Həbsdəki Ərinə Narkotik Keçirməyə Cəhd Edib

Agah.az xəbər verir ki, Bakıda qadın həbsdəki ərinə narkotik maddə keçirməyə cəhd edib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Bildirilib ki, həbsdə olan Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.