Yardımlıda Qaçaqmalçılıqla Narkotik Gətirən İran Vətəndaşları Saxlanıldı

Yardımlıda Qaçaqmalçılıqla Narkotik Gətirən İran Vətəndaşları Saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıb. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: