İlham Əliyev və Məhəmməd Şahbaz Şərif Arasında Telefon Danışığı: Əməkdaşlıq və Bayram Təbrikləri

İlham Əliyev və Məhəmməd Şahbaz Şərif Arasında Telefon Danışığı: Əməkdaşlıq və Bayram Təbrikləri
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.

Pakistanın Baş naziri, təbriklərə görə təşəkkürünü bildirərək, bu il ölkəmizə etdiyi dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb. O, həmçinin, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidenti və Pakistanın Baş naziri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Dostuna göndər xəbərdən agah olsun: