Milli Hidrometeorologiya Xidməti Küləkli Hava ilə Bağlı Sarı və Narıncı Xəbərdarlıq Edib

Milli Hidrometeorologiya Xidməti Küləkli Hava ilə Bağlı Sarı və Narıncı Xəbərdarlıq Edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bir sıra bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək. Küləyin sürətinin 13.9-20.7 m/san arasında olacağı gözlənilir.

Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda isə cənub-qərb küləyinin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Dostuna göndər xəbərdən agah olsun: