Şəmkirdə Arxda Kişi Meyiti Aşkarlanıb

Agah.az xəbər verir ki, Şəmkirdə arxda kişi meyiti aşkarlanıb. “Report”un Qərb bürosunun verdiyi məlumata görə, meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda tapılıb.
Meyit tibbi ekspertizaya göndərilib və şəxsiyyəti ilə bağlı araşdırmalar davam edir. Eyni zamanda, ölüm səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalar aparılır.